Baş Dövlət Yol Polisi İdarəsindən MilliYol.az-a bildirilib ki, ilk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə saxlanılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq əyləc sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.
"Bir ailənin faciəsi ilə nəticələnən həmin yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırırıq. Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir”- deyə məlumatda vurğulanıb.


