AZ

14 yaşadək məktəbli qızlara hicab qadağan edildi - Bu ÖLKƏDƏ

Avstriyanın Milli Şurası parlamentin aşağı palatası 14 yaşdan kiçik məktəbli qızların məktəbdə hicab taxmasını qadağan edən qanunu təsdiqləyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumat qanunverici orqanın rəsmi saytında yayımlanıb.

Qərar Avstriya Xalq Partiyası, Azadlıq Partiyası, Sosial-Demokrat Partiyası və NEOS fraksiyaları tərəfindən dəstəklənib.

Qanun paketi çərçivəsində həmçinin məktəblərdə intizam nəzarəti gücləndirilib. Dərslərdən müvəqqəti uzaqlaşdırılan şagirdlər artıq məcburi nəzarət altında saxlanılacaq. Məşğulluğu dayandırmaq və ya məktəbi tərk etmək niyyətində olan şagirdlərlə isə fərdi söhbətlərin aparılması nəzərdə tutulub.

Bundan əlavə, dərslərin səbəbsiz buraxılmasına görə tətbiq olunan cərimələr də artırılıb. Əvvəlki 110–440 avroluq cərimələr 150–800 avroya yüksəldilib.

Nuriyyə NATİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr