AZ

Sabiq deputatdan əhalini maraqlandıran suala CAVAB

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda “yastıq altı”nda saxlanılan pulun həcmi rekord səviyyəyə çatıb. Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasına görə, hazırda əhalinin təxminən 10 milyard manata yaxın vəsaiti ev şəraitində, bank sistemindən kənarda qalır. Kazımov bu məbləği “ölü kapital” adlandıraraq bildirib ki, belə böyük həcmdə pulun dövriyyədən kənarda qalması həm iqtisadiyyata, həm də maliyyə sabitliyinə ciddi təsir göstərir.

Vətəndaşlar niyə pullarını banklara etibar etmirlər? Risklər nələrdir?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, bank sisteminə inam təmin olunmalıdır:

“Bankda olan vəsaitlərin sığortalanması sistemi buna xidmət edir və sığortanın həcmi artırılmalıdır. İnsanlar pullarını banka qoyduqda müəyyən gəlir əldə etmək istəyirlər. Xarici təcrübədə olduğu kimi, əgər bank sistemində problem yaranarsa və ya devalvasiya baş verərsə, vəsaitin müəyyən hissəsi itirilə bilər. Amma bank sistemindəki vəsait tam sığortalansa, insanlar həm vəsaitlərini qoruyar, həm də ondan qazanarlar”.

İqtisadçı bildirib ki, ev şəraitində saxlanılan vəsait  “ölü kapital” adlanır:

“Əgər kapital dövriyyədə deyilsə, heç bir gəlir gətirə bilməz, həm də maliyyə sabitliyinə təsir edir. Ona görə də əmanətlərin sığortalanması məsələsi vacibdir. Sığorta müəyyən hissələri əhatə etməli, əhali isə bankda vəsaitlərinin qorunacağını bilərək daha rahat şəkildə depozitlər yerləşdirməlidir. Bu addım Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
globalinfo.az

1Mənbələr