AZ

NATO baş katibi: Rusiyanın növbəti hədəfi bizik KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyans Rusiyanın növbəti hədəfi ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.

“Mən bu gün NATO-nun mövqeyini izah etmək üçün buradayam. Bunun üçün təhlükəni aydın şəkildə anlamaq vacibdir: biz Rusiyanın növbəti hədəfiyik və artıq təhlükə altındayıq”, – Rutte vurğulayıb.

Onun sözlərinə görə, hazırda alyansa üzv olan bir çox ölkələr “vəziyyətin aktuallığını hiss etmirlər” və səhvən “vaxt bizim tərəfimizdədir” hesab edirlər. “Bu, doğru deyil. Hərəkət etmək vaxtı çatıb. Müttəfiqlərin müdafiə xərcləri və istehsalı sürətlə artmalı və onların silahlı qüvvələri təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyə malik olmalıdır”, – o, əlavə edib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın NATO-ya hücum planlaşdırmadığını bəyan edib və Qərb ölkələrinə mümkün hücumla bağlı xəbərləri “cəfəngiyyat” adlandırıb.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
konkret.az

2Mənbələr