AZ

Azərbaycanda dabaq xəstəliyinə qarşı əlavə peyvənd vasitələri alınıb

Bakı.Trend:

Dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərinəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlərplanı”ndan kənar olaraq bu serotipə qarşı əlavə peyvənd vasitələrialınıb.

Trend xəbərverir ki, bu barədə Kənd Təsəürrüfatı nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyəgətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarınaçatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmətədbirləri həyata keçirilir. Həyata keçirilən profilaktik tədbirlərdabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasınınvə heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmətedir.

Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub vəbütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzluheyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində vədırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəbolur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskinşəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşatəmas,virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri,personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.

Dabaq həm də transsərhəd xəstəlikdir - virus külək vasitəsiləquruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayılavə qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinintranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvansahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləqpeyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparmasıüçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında vədüzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin HeyvanSağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciətetməyiniz tövsiyə olunur.

Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşıpeyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan RespublikasıKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyitərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlardaprofilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.

Seçilən
18
5
az.trend.az

6Mənbələr