Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına bildirib ki, Türkiyə lazım gələrsə Qəzza zolağına qoşun göndərməyə hazırdır.
"Türkiyə Fələstin məsələsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə və məsuliyyəti öz üzərinə götürməyə hazırdır", - deyə nazir bildirib .
Fidan bu məsələlərlə bağlı danışıqların davam etdiyini də qeyd edib və Türkiyənin “lazım gələrsə bölgədə sülhün əldə olunması üçün qoşun göndərməyə” hazır olduğunu vurğulayıb.