AZ

OPEK 2025-ci ilin noyabr ayında Azərbaycanda neft hasilatı barədə bəhs edib

Bakı. Trend:

2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı ortahesabla günə 456 min barrel təşkil edib.

Trend xəbər verirki, bu barədə OPEK-in hesabaıntda qeyd olunur.

Təşkilatın məlumatına əsasən, bu göstərici oktyabr ayı iləmüqayisədə (günə 458 min barrel) və sentyabr ayı ilə müqayisədə(günə 458 min barrel) azalıb.

Bundan əlavə, OPEC bildirir ki, 2025-ci ilin birinci rübündəölkədə neft hasilatı orta hesabla günə 466 min barrel, ikinci rübdə461 min barrel, üçüncü rübdə isə 458 min barrel olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon tonxam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 milyonton və ya 4,6% azdır.

Hesabat dövründə 22,988 milyon ton xam neft hasil edilib ki, buda əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.

Məqalədə:
Seçilən
16
6
az.trend.az

8Mənbələr