AZ

Sərkisyan: Ermənistanda “Moldova ssenarisi” tətbiq olunacaq

BAKI, 11 dekabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Nikol Paşinyan hökumətinin Ermənistanda etdiyi hər şeyə göz yumur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.

Sərkisyan jurnalistin “Aİ tərəfindən veriləcək 12 milyon avro adi bir ödənişdir, ya “Moldova ssenarisi”ni təkrarlamaq üçün qabaqcadan ödənişdir” sualına belə cavab verib:

“Bunu görəcəyik. Sirr deyil ki, Avropa İttifaqı gözlərini yumub, bundan sonra da nə edəcəklərsə, qəbul edəcəklər”.

Xatırladaq ki, “Moldova ssenarisi” Rusiya tərəfindən Moldovada keçirilən son parlament seçkiləri ilə əlaqədar işlədilən ifadədir. Moskvanın iddiasına görə, Moldova hökuməti seçkilərdən əvvəl Aİ-nin dəstəyi ilə əsas müxalif qüvvələri neytrallaşdıraraq, seçkilərdə qalib gəlib.

Seçilən
63
1
teleqraf.com

2Mənbələr