AZ

Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub

11 dekabr tarixində Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Nazir müavini, səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra, çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.

Seçilən
18
18
apa.az

10Mənbələr