AZ

FHN ADU da konfrans keçirib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində (ADU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətlərinin fəalları, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı fənlərin tədris olunduğu ali məktəblərin professor-müəllim heyəti, aspirant və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova bu tipli tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra FHN Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.

ATGTİ-nin nümayəndəsi Aqil Quliyev bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.

Konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.

Tədbirdə, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
3
apa.az

4Mənbələr