ain.az bildirir, 525.az portalına istinadən.
Qorilla balasının əks olunduğu "Beş ver" adlı foto bu il dünyanın "ən gülməli vəhşi təbiət fotosu" adına layiq görülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Nikon Comedy Wildlife Photography Awards 2025" müsabiqəsinin rəsmi internet səhifəsində bildirilib.
Fotonun müəllifi britaniyalı fotoqraf Mark Met Koendir. O, bu şəkili Afrikadakı Vorenqa dağında lentə alıb.
Yeri gəlmişkən, bu ilki müsabiqəyə 109 ölkədən 10 mindən çox foto daxil olub. Bu isə rekord göstəricidir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.