AZ

NASA “Maven” kosmik gəmisi ilə əlaqəni itirib

NASA 11 ildir Mars ətrafında fırlanan “Maven” kosmik gəmisi ilə əlaqəni itirib. Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, siqnal dekabrın 6-da itib.

Mütəxəssislər səbəbi araşdırırlar.
“Maven” 2013-cü ilin noyabr ayında buraxılıb və 2014-cü ilin sentyabrında Mars orbitinə daxil olub. Alimlər tərəfindən Mars atmosferinin yuxarı təbəqələrini öyrənmək üçün istifadə olunur. Məsələn, “Maven” sayəsində tədqiqatçılar Günəşin Mars iqliminin rütubətli və istidən quru və soyuqa çevrilməsindən məsul olduğunu aşkar ediblər.

Kosmik gəmi həmçinin NASA-nın yerüstü stansiyaları və roverləri arasında rabitə təmin edir.

Qeyd edək ki, agentliyin Mars orbitində daha iki kosmik gəmisi var: 2005-ci ildə buraxılan “Mars Reconnaissance Orbiter” və 2001-ci ildə buraxılan “Mars Odyssey”.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr