AZ

Bakıda siçovullar yasayış binasına daraşıbVİDEO

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar daraşıb.

Xezerxeber.az-ın məlumatına görə, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.

Binanın problemi bununla da bitmir. Sakinlər həmçinin deyirlər ki, kanalizasiya boruları köhnədir və tez-tez tutulur, nəticədə çirkli su zirzəmiyə dolur və ətrafa pis qoxu yayılır.

Binanın həyətinə doluşan siçovullarla bağlı ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etdik. Bildirildi ki, ünvana baxış keçiriləcək və dərmanlama işləri aparılacaq. Kanalizasiya problemi ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Sukanal idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Sabah problemin həll olunması istiqamətində işlərin başlanılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
6
xezerxeber.az

10Mənbələr