Honduras Konqresinin Daimi Seçki Komissiyası 30 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləməkdən imtina edib.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Konqresin rəhbəri Luis Redondo səbəb kimi seçici azadlığının pozulmasını, mütəşəkkil cinayətkar qruplar tərəfindən prosesə təzyiqi və digər ölkələrin təzyiqini göstərib.
Əvvəllər ABŞ prezidenti Donald Tramp Honduras hakimiyyətinin prezident seçkilərinin nəticələrini saxtalaşdırmağa cəhd edə biləcəyini bildirmişdi.
O qeyd etmişdi ki, ölkənin seçki komissiyası seçkilərdən sonra səslərin sayılmasını qəfil dayandırıb. İlkin nəticələr iki namizəd – Nəsri Əsfura və Salvador Nəsrullah arasında sıx bir yarış olduğunu göstərib. ABŞ prezidentinin sözlərinə görə, Əsfura irəlidə olub, lakin səslərin yalnız 47%-i sayıldıqdan sonra sayım dayandırılıb.
9 dekabrda dərc edilən son nəticələrə görə, Nəsri Əsfura təxminən 40.000 səslə irəlidədir və səslərin 99%-dən çoxu sayılıb.
//Samir Qurbanov, Editor.az