Bakı. Trend:
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqlimərkəzinin açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, açılışmərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevavə səhiyyə naziri Teymur Musayev iştirak ediblər.
Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altındaxəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti iləmaraqlanıb, hədiyyə təqdim edib.
Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.
Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyiköçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmininfrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkanyaradır.
Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıqhematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütünpalatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilətəchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimumqorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanmasıbiotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqilaferes bölməsində aparılır.
Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digərkomponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonununəldə olunması imkanına malikdir. Köçürmə xəstələrinintəhlükəsizliyi üçün “işınlama” və filtrləmə prosedurları mütəmadiolaraq tətbiq edilir.
Qeyd edək ki, Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Donororqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmıştibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqındaQərara əsasən verilən lisenziya əsasında açılıb.
Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlifhematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunanmüasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstəninözündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək,yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsədxəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qanyaradıcılığını bərpa etməkdir.