AZ

"Arsenal" "Real" və "Milan"ın hücumçuları ilə maraqlanır

style='margin-bottom:10px;'>

“Arsenal” klubunun yeni hücumçu hədəfləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb. Bildirilir ki, klub hazırda isveçli hücumçusu Viktor Dyökereşi yaxın gələcəkdə əvəzləməyi planlaşdırmır. Bununla yanaşı, “topçular” hücum xəttini gücləndirmək və Dyökeresə dəstək olmaq məqsədilə “Milan”ın cinah hücumçusu Rafael Leao və “Real”ın vinqeri Rodriqo Qoeslə yaxından maraqlanır. 

London klubunun bu ulduz futbolçulara yönəlməsinin əsas səbəbləri kimi isə Kay Havertz və Qabriel Jezusun tez-tez zədələnməsi, digər cinah oyunçusu Qabriel Martinellinin isə qeyri-sabit çıxışı göstərilir.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr