AZ

Gənclərin DİQQƏTİNƏ Bu ixtisasları seçənlərin çoxu peşman olur

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda informasiya texnologiyalarının sürətli inkişafı bir çox sahələrə birbaşa təsir göstərir. Süni intellekt, rəqəmsallaşma və kiber təhlükəsizlik kimi istiqamətlər genişlənir və nəticədə əmək bazarında bu sahələr üzrə mütəxəssislərə tələbat artır”. Bunu Demokrat.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.O qeyd edib ki, İKT-yə yönəlmiş ixtisaslar bu gün daha perspektivli hesab olunur:“Ona görə ki, peşəkar kadrlara ehtiyac böyükdür və məzunların iş tapmaq imkanları daha genişdir. Texniki peşələr — avtomatika, elektrik və mexanika kimi sahələr də əmək bazarında yüksək tələbat görən istiqamətlərdəndir. Lakin bəzi ixtisaslar var ki, bazarın dar olması və mövcud iş yerlərinin kifayət etməməsi səbəbindən məzunlar üçün iş tapmaq çətinləşir. Məsələn, turizm sahəsi pandemiyadan sonra xeyli zəifləyib və bu sahədə iş imkanları əvvəlki qədər geniş deyil. Kitabxanaçılıq və informasiya üzrə kadr hazırlığı olsa da, reallıqda iş yerləri məhduddur. Sosial iş, dizayn kimi sahələrdə isə rəqabət çox olduğu üçün məzunlar arasında seçilmək daha böyük səy tələb edir. Hidrometeorologiya və maşın mühəndisliyinin bəzi alt istiqamətlərində də oxşar vəziyyət müşahidə olunur”.Mütəxəssis bildirib ki, gənclər üçün daha perspektivli hesab olunan sahələr də mövcuddur:“İnformasiya təhlükəsizliyi, kompüter elmləri, proqram təminatı mühəndisliyi, süni intellekt, sistem mühəndisliyi və kiber təhlükəsizlik üzrə mütəxəssislərə tələbat getdikcə artır. Eyni zamanda kimya, nəqliyyat və neft-qaz mühəndisliyi, eləcə də maliyyə və menecment sahələri də gələcək üçün geniş imkanlar vəd edir. Tibb sahəsi, xüsusən stomatologiya kimi ixtisaslar həm yüksək peşəkarlıq tələb edir, həm də əmək bazarında daha stabil yer tutur. İxtisas seçən gənclər yalnız şəxsi maraqlarını deyil, bu sahələrin real iş bazarı ilə uyğunluğunu da nəzərə almalıdırlar. Belə yanaşma gələcək karyera üçün daha təhlükəsiz və dayanıqlı yol açır”.Leyla Turan

Demorat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
demokrat.az

1Mənbələr