AZ

ABŞ səfər vizasını kimlərə verir, kimlərə vermir?

ain.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikaya vizanın kimlərə veriləcəyi ilə bağlı qaydaları təqdim edib. 

Məlumatda deyilir ki,  ABŞ Səfirliyi Birləşmiş Ştatlara qanuni səfərləri dəstəkləməyə və immiqrasiya qayda-tələblərinin ciddi şəkildə tətbiqini təmin etməyə sadiqdir.

ABŞ vizasına sahib olan hər bir şəxs vizadan düzgün və məqsədəuyğun şəkildə istifadə etmək öhdəliyi daşıyır.

 B1/B2 səfər vizası ilə İCAZƏ VERİLƏN fəaliyyətlər:

 -Turizm və şəhər gəzintiləri

 -Tətil və istirahət səfərləri

 -Alış-veriş

 -Qohum və dostların ziyarəti

 -İşgüzar tərəfdaşlarla görüşlər

 -Konfrans və seminar iştirakları

B1/B2 səfər vizası ilə İCAZƏ VERİLMƏYƏN fəaliyyətlər:

– “Doğuş turizmi” – əsas məqsədi uşaq dünyaya gətirərək körpəyə ABŞ vətəndaşlığı almaq olan səfərlər

 -ABŞ-da hər hansı işdə çalışmaq və ya ABŞ işəgötürənindən/şirkətindən ödəniş almaq

 -Daimi olaraq dostların və ya qohumların yanında yaşamaq məqsədi ilə köçmək

 -Ödənişli çıxışlar və ya kommersiya məqsədli ifalar

 -Diplom və ya akademik kredit verən proqramlarda təhsil almaq (yalnız tələbə vizası ilə mümkündür)

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpost.info

1Mənbələr