AZ

Məktəblərdəki xoşagəlməz hallarda psixoloqlar da məsuliyyət daşıyır? - AÇIQLAMA

Zaman-zaman aktuallaşan məsələlərdən biri də məktəblərdə psixoloq fəaliyyətinin yetərsiz olmasıdır.

Redaktor.az-a danışan psixoloq Nizami Orucov məktəb yaşlı uşaqlarla psixoloqun məşğul olmasının nə dərəcədə vacib olması məsələsinə toxundu:

"Məktəb psixoloqu uşağın inkişaf prosesində çox mühüm bir fiqurdur. Bu dövr təkcə akademik biliklərin deyil, emosional və sosial bacarıqların formalaşdığı mərhələdir. Uşaqlar həm ailədaxili çətinliklərin təsirinə açıqdır, həm də məktəb mühitində yeni münasibətlər, rəqabət, təzyiq və adaptasiya problemləri yaşayırlar. Psixoloq məktəbdə olduqda uşağın davranışındakı dəyişiklikləri vaxtında görmək, diqqət dağınıqlığı, hiperaktivlik, sosial çətinliklər, təcavüzkarlıq, özünəinam problemi kimi məsələləri erkən aşkar etmək olur. Bu, həm uşağın inkişafı, həm də təhsildə uğuru üçün kritik əhəmiyyət daşıyır. Bir çox hallarda vaxtında müdaxilə uşağın həyat yolunu tamamilə dəyişə bilir".

Müsahibimiz vurğuladı ki, psixoloqun uşaqlarla işləməsi tam şəkildə olmasa da, ciddi mənada problemləri azalda bilər:

"Məktəblərdə baş verən xoşagəlməz halların - həm zorakılıq, həm özünəqapanma, həm davranış pozuntuları, həm də psixoloji gərginlik - böyük hissəsi erkən əlamətləri göstərir. Peşəkar psixoloq bu əlamətləri vaxtında görərək müvafiq dəstək proqramları tətbiq edə bilər: fərdi görüşlər, sosial bacarıqlar təlimi, emosional tənzimləmə məşğələləri, valideynlərlə iş və müəllimlərlə koordinasiya. Bu sistemli şəkildə qurulduqda çox halların qarşısı indidən alınır və böyüməsinə imkan verilmir".

Aytəkin TOFİQQIZI

Seçilən
89
1
redaktor.az

2Mənbələr