AZ

Yeni peşə təhsil müəssisələrinin yaradılması gələcək üçün nələr vəd edir? - RƏY

Bakı. Trend:

Prezident İlham Əliyevin peşə təhsili sahəsində yenimüəssisələrin yaradılması barədə imzaladığı Sərəncam ölkədə əməkbazarının müasir tələblərinə uyğun kadr hazırlığınıngücləndirilməsi baxımından olduqca mühüm önəm daşıyır.Rəqəmsallaşma, avtomatlaşdırma və qlobal iqtisadiyyatın tələbetdiyi bacarıqlar fonunda peşə təhsili sistemi həm iqtisadiyyatınşaxələnməsinə, həm də sosial inklüzivliyin artmasına mühüm təsirgöstərən amillərdir. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması,şübhəsiz ki, həm yüksək standartlı təhsil modelinin yaradılmasına,həm də regionlarda məşğulluğun artırılmasına xidmət edəcək. Yenimüəssisələrin qurulması, modern tədris avadanlıqları və beynəlxalqtəcrübəyə əsaslanan proqramların tətbiqi kadr hazırlığınınkeyfiyyətinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir.

Bunu Trend-əaçıqlamasında Prezident İlham Əliyevin peşə təhsili sahəsində yenimüəssisələrin yaradılması ilə bağlı Sərəncamını şərh edərkən MilliMəclisin Elm və təhsil Komitəsinin üzvü deputat Elçin Mirzəbəylibildirib.

Onun sözlərinə görə, bu təşəbbüs eyni zamanda qadınların,əlilliyi olan şəxslərin və region gənclərinin peşə təhsilinə çıxışimkanlarını genişləndirmək məqsədi daşıyır:

“Dünya təcrübəsi göstərir ki, bu qrupların əmək bazarınainteqrasiyası üçün xüsusilə rəqəmsal xidmətlər, İKT-nin müxtəlifalt istiqamətləri, sosial və səhiyyə xidmətləri, eləcə də yüngülsənaye sahələrində ixtisaslar daha əlçatandır. Məsələn, qadınlarüçün kompüter savadlılığı, rəqəmsal marketinq, turizm xidmətlərikimi sahələr həm elastik iş qrafiki, həm də stabil əmək bazarıbaxımından üstünlük təşkil edir. Əlilliyi olan şəxslər üçün isərəqəmsal əməliyyatlar, məlumat daxil etmə, məsafədən verilənxidmətlər, montaj işləri və yüngül, fiziki güc tələb etməyənistehsal sahələri daha münasibdir. Region gəncləri üçün yerliiqtisadiyyatın tələblərinə uyğun olaraq kənd təsərrüfatıtexnologiyaları, suvarma sistemləri, elektrik və tikinti ustasıpeşələri, logistika və nəqliyyat xidmətləri kimi sahələrinseçilməsi daha məqsədyönlüdür”.

Rəqəmsal bacarıqlar bütün ixtisaslara baza biliklərininəsas komponenti kimi daxil edilməlidir

Elçin Mirzəbəyli yeni peşə təhsili müəssisələrinin modeli barədədə fikirlərini irəli sürüb. Deputatın fikrincə, yeni peşə təhsilimüəssisələrinin modeli müasir iqtisadi tendensiyalara uyğun olaraqİKT ilə inteqrasiya olunmuş hibrid tədrisə əsaslanmalıdır.

“Tədrisin nəzəri hissəsinin onlayn modullar vasitəsilə, praktikibacarıqların isə laboratoriya və simulyator şəraitində keçirilməsitəlim prosesini həm çevik, həm də daha səmərəli edə bilər. Virtualsimulyatorlar, rəqəmsal tədris platformaları tələbələrin həmtəhlükəsiz, həm də real istehsal mühitinə yaxın şəraitdə müxtəlifpeşələrə yiyələnmələrinə imkan yaradır. Qənaətimə görə, Almaniyanındual sisteminə bənzər modelin, yəni həm peşə məktəbi, həm də işyeri olan müəssisələrin yaradılması işəgötürənlərlə birbaşaəməkdaşlığın güclənməsini, praktiki biliklərin real istehsalprosesində formalaşmasını təmin edə və məzunların iş tapmaqimkanlarını artıra bilər. Çağdaş reallıqları nəzərə alsaq, rəqəmsalbacarıqlar bütün ixtisaslara baza biliklərinin əsas komponenti kimidaxil edilməlidir. Belə ki, hazırda bütün peşə sahələri rəqəmsaltexnologiyalardan istifadə bacarığı tələb edir”.

Hansı ixtisaslara prioritetverilməlidir?

Deputat qeyd edir ki, ixtisasların prioritetləşdirilməsinəgəldikdə isə, bu proses əmək bazarının real vəziyyəti və yaxınillər üçün proqnozları əsasında aparılmalıdır.

“Rəqəmsal texnologiyalar, proqramlaşdırma, kibertəhlükəsizlik,data analitikası kimi İKT sahələri hazırda qlobal tendensiyalarauyğun olaraq ən yüksək tələb olunan istiqamətlərdir. Bundan başqa,avtomatlaşdırılmış istehsal kimi peşələr də gələcəyin sənayeləşməprosesinin əsas dayaq nöqtələridir. Yaşıl enerji və enerjisəmərəliliyi ilə bağlı texniki ixtisaslar həm regional, həm dəbeynəlxalq səviyyədə geniş perspektivlər açır. Səhiyyə və sosialxidmətlər sahəsi isə həm əhali artımı, həm də sosial ehtiyaclarsəbəbindən daim tələbatlı olaraq qalır”.

Regionların iqtisadi potensialı və mövcud sənayeinfrastrukturu nəzərə alınmaqla Gəncə, Mingəçevir, Şirvan, Sumqayıtvə həmçinin sosial-iqtisadi təkana, dinamikaya böyük ehtiyac duyankimi Ağsu, Neftçala, Saatlı, İmişli və digər şəhər və rayonlarda damüasir mərkəzlərin qurulması daha səmərəli nəticələr verəbilər

Elçin Mirzəbəyli hesab edir ki, yeni müəssisələrin yerləşəcəyibölgələrin seçilməsi də strateji əhəmiyyət daşıyır:

“İşğaldan azad edilmiş ərazilərdə peşə təhsili mərkəzlərininyaradılması həm Böyük Qayıdış prosesinin tərkib hissəsi, həm dəyerli əhalinin məşğulluğunu təmin edən əsas mexanizmlərdən birihesab oluna bilər. Regionların iqtisadi potensialı və mövcud sənayeinfrastrukturu nəzərə alınmaqla Gəncə, Mingəçevir, Şirvan, Sumqayıtvə həmçinin sosial-iqtisadi təkana, dinamikaya böyük ehtiyac duyankimi Ağsu, Neftçala, Saatlı, İmişli və digər şəhər və rayonlarda damüasir mərkəzlərin qurulması daha səmərəli nəticələr verə bilər.İKT yönümlü tədris üçün isə şəhər mərkəzlərində universitetlərəyaxın mühit, zənnimcə daha effektivdir”.

Əlilliyi olan şəxslərin və digər sosial həssasqrupların bu sistemə çıxışının genişləndirilməsi üçün hansı işlərgörülməlidir?

“Əlilliyi olan şəxslərin və digər sosial həssas qrupların busistemə çıxışının genişləndirilməsi üçün ilk növbədə fizikiəlçatanlıq, uyğunlaşdırılmış avadanlıq, fərdi tədris planları,təqaüdlər və nəqliyyat dəstəyi kimi mexanizmlər tətbiq olunmalıdır.Eyni zamanda inklüziv iş yerləri yaradan müəssisələr üçün vergigüzəştləri və motivasiya xarakterli digər dəstək mexanizmlərininmüəyyən edilməsi prosesin davamlılığını təmin edə bilər.

Peşə təhsilində süni intellekt və avtomatlaşdırmanın tətbiqi həmtəhsil prosesinin keyfiyyətini yüksəltməyə, həm də tələbələringələcəkdə əmək bazarına adapdasiya olmalarını sürətləndirməyə imkanyaradır. Süni intellekt (Sİ) əsaslı tədris sistemləri hər birtələbənin öyrənmə potensialına və sürətinə uyğun fərdiləşdirilmişmateriallar təqdim edə bilər. Virtual laboratoriyalar və sənayeplatformaları real istehsal proseslərinin simulyasiyasını təqdimedərək tələbələrin təhlükəsiz və yüksək keyfiyyətli praktikitəcrübə qazanmasına imkan yaradır. Bununla yanaşı, süniintellektdən etik istifadə, məlumatların təhlükəsizliyi və insan–Sİmünasibətləri kimi mövzular bütün peşə sahələri üçün tədrisprosesinin ayrılmaz hissəsi olmalıdır.

Bütün bu istiqamətlər bir araya gəldikdə isə, Prezident İlhamƏliyevin imzaladığı Sərəncam yalnız yeni binaların tikintisi deyil,həm də Azərbaycanda gələcəyin inklüziv, rəqabətqabiliyyətli vətexnologiyaya əsaslanan peşə təhsili ekosisteminin qurulması üçünmühüm siyasi iradənin ifadədəsi kimi qiymətləndirilməlidir. Uğurisə doğru ixtisas seçimi, işəgötürənlərlə səmərəli əməkdaşlıq,inklüzivlik prinsiplərinə sadiqlik və tədris prosesinin rəqəmsalinnovasiyalarla zənginləşdirilməsi nəticəsində mümkün olacaq”, -deputat vurğulayıb.

Əmək bazarının təhlili: Hansı sahələrdə işçiçatışmazlığı var və ən çox tələb olunanbacarıqlar?

Mövzu ilə bağlı Trend-əiqtisadçı Eldəniz Əmirov aydınlıq gətərərək bildirib ki, yeni peşətəhsil müəssisələrinin yaradılması ilə bağlı olan sərəncamı çoxönəmli dir:

"Çünki bu gün Azərbaycanda istehsal, emal, xidmət vəiqtisadiyyatın digər sahələrində kadr çatışmazlığı mövcuddur.Üstəlik, kadr çatışmazlığının daha böyük hissəsi ali təhsillimütəxəssislər deyil, məhz peşə təhsilli kadrlardır. Bu baxımdandüşünürəm ki, uzunmüddətli dövrdə problem öz həllini tapa bilər,əgər sərəncamdan irəli gələn tapşırıqlar peşəkar səviyyədə vəardıcıl şəkildə icra olunarsa.

Kadr çatışmazlığı xüsusən müasir texnoloji sahələrdə dahaqabarıq şəkildə müşahidə olunur. Məsələn, şəbəkə administrasiyası,kibertəhlükəsizlik, informasiya texnologiyaları, proqramlaşdırma,kompüter texnologiyaları və onların yeni nəsil modelləri üzrəpeşəkar kadrlara tələbat çox yüksəkdir və bu sahələrdə ciddi boşluqvar. Həmçinin rəqəmsal iqtisadiyyat və analitika istiqamətləri üzrədə mütəxəssislərə böyük ehtiyac mövcuddur. Bununla yanaşı,iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən emal müəssisələrindəmüasir avadanlıqlarla işləyə bilən ixtisaslı kadrların sayının azolması səbəbindən böyük tələbat yaranır.

Müşahidələr göstərir ki, sahibkarlar bizneslərində uyğunmütəxəssisləri işə cəlb etməkdə çətinlik çəkirlər. Problemin əsassəbəblərindən biri hazırda bu sahələr üzrə kadr hazırlığı bazasınınzəif olmasıdır. Buna görə də kadr hazırlığının ən səmərəliistiqaməti peşə təhsil məktəblərinin gücləndirilməsidir".

20-30 il sonra işəgötürənlər iş axtaran şəxsdən diplomyox, onun real bacarıqlarını tələb edəcək

"Gələcəyin peşələrinə gəldikdə isə düşünürəm ki, burada rəqəmsaldünya, data və süni intellektə əsaslanan sahələr bir mənalı olaraqönə çıxacaq. Süni intellektin tətbiqi, onun idarə olunması və butexnologiyadan istifadə edən istiqamətlər xüsusi əhəmiyyətdaşıyacaq. Bu sahələrə ciddi diqqət ayrılması vacibdir. Eynizamanda fürsətdən istifadə edib gənclərə bildirmək istərdim ki,gələcəkdə ali təhsil və ya universitet diplomu deyil, şəxsibacarıqlar əsas olacaq. Yəni 20–30 il sonra işəgötürənlər işaxtaran şəxsdən diplom yox, real bacarıqlar tələb edəcəklər. Bunagörə də gənclər daha çox praktiki bilik və bacarıqlarafokuslanmalıdırlar.

Gələcəyin peşələrinə hazırlıqda ən vacib amillərdən biriməntiqdir. Məntiqi düşüncə və düzgün düşüncə tərzi böyük əhəmiyyətkəsb edir. Məntiqi düşüncəyə sahib olan insanlar hansı sahəyəyönəlsələr, həmin istiqamətdə daha tez və daha dərin biliklər əldəedə bilirlər.

Eyni zamanda rəqəmsal bacarıqlar həm bu gün, həm də gələcək üçünçox vacibdir. Peşədən asılı olaraq müxtəlif texniki bacarıqlartələb oluna bilər. Ümumiləşdirsək, gələcəyin peşələrində həm “sərtbacarıqlar” (texniki bilik və bacarıqlar), həm də “yumşaqbacarıqlar” (ünsiyyət, yaradıcılıq, problem həll etmə və s.) əsasrol oynayacaq. Bu iki bacarıq qrupu gələcəyin əmək bazarında uğurunhəlledici amilləri olacaq", - o əlavə edib.

Peşə məktəblərində təklif edilən ixtisaslar həminbölgənin iqtisadiyyatının spesifikasına uyğunformalaşdırılmalıdır

Eldəniz Əmirov qeyd edir ki, peşə təhsil mərkəzləri bütün ölkəüzrə regionları əhatə etməlidir:

"Xüsusilə, peşə təhsil müəssisələri artıq mövcud olanbölgələrdən fərqli olaraq, yeni mərkəzlər həmin müəssisələrinolmadığı regionlarda yaradılmalıdır. Bu mərkəzlərin bölgüsüregionlar üzrə balanslı şəkildə aparılmalıdır. Eyni zamanda peşəməktəblərində təklif olunan ixtisaslar həmin bölgəniniqtisadiyyatının spesifikasına uyğun formalaşdırılmalıdır. Yəniəgər bir region kənd təsərrüfatı, sənaye, logistika və ya xidmətsahəsində daha çox inkişaf edibsə, həmin peşə məktəbində də məhz busahələrə uyğun ixtisaslara üstünlük verilməlidir. Bu yanaşma həmyerli əmək bazarının tələblərinə cavab verər, həm də məzunların iştapmaq imkanlarını artırar".

Seçilən
24
1
az.trend.az

2Mənbələr