AZ

“ABŞ-dan sülh planı ilə bağlı yeni məlumat almamışıq” –Peskov

ABŞ-dan sülh planı ilə bağlı yeni məlumat alınmayıb.

AzPost bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, Vaşinqtonun Ukrayna tərəfi ilə işləməyə davam etdiyini vurğulayıb.

Axios nəşrinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Parisdə ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin görüşü planlaşdırılır.

Nəşrin məlumatına görə, görüşdə ərazi məsələlərinin həlli ilə bağlı təkliflər, Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət və digər mübahisəli məsələlər müzakirə olunacaq. Kiyev bu təşəbbüsləri xüsusi sənəddə qeyd edərək 10 dekabrda ABŞ-a təqdim edib.

Nümayəndə heyətlərinin görüşü 13 dekabr şənbə günü keçiriləcək. Kiyev, Berlin, Paris və London milli təhlükəsizlik müşavirləri tərəfindən təmsil olunacaq.

AzPost.az

Seçilən
20
1
azpost.info

2Mənbələr