Adi boya yağı evi yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Qadın mebeli rənglədikdən sonra istifadə etdiyi əskiləri paketə qoyub, nəticədə yanğın başlayıb.
Hadisə Rusiyanın Kalininqrad şəhərində baş verib. 33 yaşlı Mariya taxta komodu yağla rənglədikdən sonra istifadə etdiyi pambıq parçaları plastik paketə yığaraq evin girişinə qoyub.
Bir müddət sonra başqa otağa keçən qadın nəfəs almaqda çətinlik çəkib və yanıq qoxusu hiss edib.
Məlum olub ki, yağ hopmuş əskilər kimyəvi reaksiya nəticəsində öz-özünə alışıb. Həmin vaxt evdə qadının əri və körpəsi yatırmış.
Yanğın söndürüldükdən sonra məlum olub ki, boya qabının üzərində kiçik şriftlə xəbərdarlıq yazılıb: “Öz-özünə alışma təhlükəsi”.
İstehsalçı qeyd edib ki, bu cür yağlı materiallar atılmadan əvvəl mütləq su ilə isladılmalı və hermetik metal qabda utilizasiya edilməlidir.
Xuraman Etibarlı
İnterpress.az