AZ

Ərdoğan və Putin Türkmənistanda görüşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Aşqabad sammitində görüşəcəklər. 

Kremlin məlumatına görə, iki lider 12 dekabrda Aşqabadda Türkmənistanın daimi neytrallığının tanınmasının 30-cu ildönümü münasibətilə tədbirlərdə iştirak edəcəklər.

İki liderin gündəliyində hansı mövzuların olacağı məlum deyil, lakin Ukraynadakı son vəziyyət və Türkiyə ilə Rusiya arasında enerji ticarətinin müzakirə olunacağı gözlənilir.

Seçilən
102
50
7times.az

10Mənbələr