AZ

Göygöldə 86 yaşlı kişi kanalda boğulubVİDEO

Göygöl rayonunda 86 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. O, suvarma kanalına düşərək boğulub.

Xezerxeber.az-ın məlumatına görə,

səhər saatlarında evdən çıxan Göygöl rayonu, Qızılqaya qəsəbə sakini Hilal Cəfərovun meyiti yaşadığı ərazidən keçən suvarma kanalından tapılıb.

Hadisə səhər saatlarında qeydə alınıb.

Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlər deyirlər ki, bu, qəsəbə ərazisindən keçən Ərəbli suvarma kanalında baş verən 3-cü boğulma hadisəsidir. Onların sözlərinə görə, kanalın ətrafında mühafizə çəpərinin olmaması buranı təhlükəli zonaya çevirib.

Göygöl rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, istifadə təlimatına uyğun olmaması və dərinliyin təhlükəli hesab edilməməsinə görə kanalın kənarlarının çəpərlənməsi nəzərdə tutulmur.

Baş vermiş hadisə ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
55
xezerxeber.az

1Mənbələr