AZ

Azərbaycan Gürcüstan üçün vacib strateji tərəfdaşdır - Maka Boçorişvili

Bakı. Trend:

Azərbaycan və Gürcüstanın hökumət başçılarının Aşqabaddakıgörüşü çox məhsuldar olub. Bu görüşlər çərçivəsindəticarət-iqtisadi əlaqələr və ölkəmizin iqtisadi inkişafı ilə bağlıəsas mövzular müzakirə olunub.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Aşqabaddajurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, görüşdə Azərbaycan-Gürcüstan stratejitərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat, neft-qaz,“yaşıl enerji”, humanitar və digər sahələrdə inkişafından məmnunluqifadə olunub.

Onun sözlərinə görə, müstəsna əhəmiyyətə malik ikitərəfligündəlik var. Maka Boçorişvili deyib ki, ölkələr arasında siyasi vəiqtisadi münasibətlərin ən yüksək səviyyədə müzakirəsivacibdir.

“Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır və buyaxın əlaqələr yüksək səviyyəli davamlı siyasi dialoq tələb edir”,– deyə Boçorişvili bildirib.

Seçilən
69
6
az.trend.az

7Mənbələr