BAKI, 11 dekabr. TELEQRAF
Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
Teleqraf xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o aldığı yaralardan ölüb.
Şübhəli qismində mərhumun oğlu Ayxan Vəlizadə saxlanılıb.
Araşdırma aparılır.