AZ

Ermənistanın KTMT də statusu ilə bağlı Moskvadan YENİ MESAJ

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvüdür və bu status bütün hüquq və öhdəlikləri ilə qüvvədə qalır.

Bakupost.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova bildirib ki, KTMT çərçivəsində Ermənistanla əməkdaşlığın yenidən tam, normal və aktiv şəkildə bərpa olunmasına heç bir maneə yoxdur:

"Ermənistanın təsvir etdiyi “üzvlüyün dondurulması” kimi anlayış KTMT-nin hüquqi bazasında ümumiyyətlə mövcud deyil.

Rusiya hesab edir ki, tərəfdaşların təşkilat daxilində işə qayıtması üçün hüquqi və siyasi şərait tam mümkündür"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
www.bakupost.az

1Mənbələr