AZ

35 yaşlı kişi əvvəlcə arvadını dəfələrlə öldürməklə hədələdi, sonra bıçaqladı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Zaqatala rayonunda 35 yaşlı kişi arvadını öldürməklə hədələyib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, rayon sakini, 1990-cı il təvəllüdlü Yunis bu ilin iyulun 16-dan 18-dən  olan müddət ərzində müxtəlif vaxtlarda arvadı Səbinəyə (adlar şərti verilib – red.) “Whatsapp” proqram tətbiqində onu öldürəcəyi ilə bağlı səsli və mətn mesajları göndərib. Bundan başqa Yunis iyulun 18-də, saat 20 radələrində Balakən rayonunun kəndi ərazisində yerləşən anasının yaşadığı fərdi yaşayış evinin yan tərəfində qısqanclıq zəminində arvadı Səbinəyə mətbəx bıçağı ilə iki dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Yunisin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib. Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat,az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr