AZ

Premyer Liqanın üç nəhəngi Ardanı istəyir

Premyer Liqanın üç nəhəngi – “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülərin transferi üçün maraqlanmağa başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klublar Ardanın Madrid komandasında mövcud vəziyyəti ilə bağlı rəsmi şəkildə məlumat toplayır.

“Arsenal” artıq “Real”la əlaqə saxlayaraq futbolçunun planlamadakı yeri və mümkün transfer şərtləri barədə sorğu göndərib.

London təmsilçisi Ardanı transfer üçün ciddi namizəd kimi görür.

“Kral klubu” isə türkiyəli futbolçunu buraxmaq istəmir. Rəhbərlik Arda ilə bağlı bütün təklifləri geri çevirəcək. 

Seçilən
16
idmanxeber.az

1Mənbələr