AZ

Putin onu ordenlə təltif etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada Belqorod vilayətində qəsəbə rəhbərinin sürücüsü ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, sürücü Səfər Batırbekoviç Tsaqarayev mart ayında qəsəbə rəhbəri ilə birlikdə Ukrayna tərəfinin atəşi altında dinc sakinlərin təxliyəsində iştirak edib və son dərəcə çətin şəraitdə patrul xidməti aparıb.

Həmin ay Dobrinoda Ukraynaya məxsus dronun qəzaya uğraması nəticəsində ərazidə yanğın baş verib. Könüllü yanğınsöndürmə briqadasında xidmət edən Tsaqarayev hadisə yerinə yollanıb, lakin dronun zərbəsi nəticəsində həlak olub.

Qladkov Səfər Tsaqarayevi “öz evini və doğmalarını qorumaq üçün həyatını riskə atan, əsl cəsarət və igidlik göstərən qəhrəman” kimi xarakterizə edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
globalinfo.az

1Mənbələr