AZ

Naxçıvanda qalmaqallı deputatın mandatı ləğv olundu

Naxçıvanda qalmaqallı deputatın mandatı ləğv olundu

Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlunun mandatı ləğv edilib.

AFN.az “Nuhçıxan”a istinadən xəbər verir ki, onun barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr 2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Xatırladaq ki, bir neçə ay əvvəl Əli Abbasovun rayonunun Şəhriyar kənd sakinini döyməsi ilə bağlı AFN.az-da yazı dərc edilmişdi. Bildirilirdi ki, deputatın kənddə qeyri-etik hərəkətlər etməsi sonda qeyd edilən hadisənin yaşanmasına səbəb olub. Həmin yazı ilə BURADAN tanış ola bilərsiniz. 

Seçilən
23
afn.az

1Mənbələr