ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Cinayətkar aləmdə "qaçış ustası" ləqəbi ilə tanınan 41 yaşlı qatı cinayətkar, albaniyalı Taulant Toma 4-cü dəfə həbsxanadan qaçıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən həftəsonu baş verib.
Milanın məşhur "Opera" həbsxanasında saxlanılan Toma saxlandığı kameranın dəmir barmaqlıqlarını kəsərək yataq dəstindən hazırladığı iplə aradan çıxa bilib. Onun 6 metr hündürlükdə hasarı neçə keçdiyi sual olaraq qalır. Polis onun axtarışına səfərbər olunub. Tomanın ölkəni tərk etmək ehtimalı böyük olduğundan sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.
Qeyd edək ki, qarət və bir sıra başqa cinayətlərə görə 2048-ci ilin oktyabrına kimi həbs olunmuş Taulant Toma ilk dəfə 2009-cu ildə həbsxanadan qaçmağı bacarmışdı.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.