AZ

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin 12 dekabrda Aşqabadda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

O, planlaşdırılan söhbətin mövzusunu açıqlamayıb.
Qeyd edək ki, 11-12 dekabr tarixlərində Türkmənistan paytaxtında Sülh və Etimad İli və Neytrallıq Gününə həsr olunmuş beynəlxalq forum keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr