AZ

Amerika ilə Rusiya arasında anlaşılmazlıq aradan qalxıb – xarici işlər naziri Sergey Lavrov

Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Kremldə keçirilən görüşdə Alyaska sammitindən sonra yaranan anlaşılmazlıqları həll ediblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsi ilə bağlı səfirlərlə dəyirmi masa müzakirəsində bildirib. Nazirin aydınlaşdırıb ki, görüşdən sonra həm Rusiya, həm də Amerika tərəfləri “Alyaskada əldə edilən qarşılıqlı anlaşmaları” bir daha təsdiqləyiblər. Sergey Lavrov qeyd edib ki, ABŞ hakimiyyəti “Ukrayna böhranının dibinə çatmaqda” maraqlıdır: “Ankoricdən sonra müəyyən bir fasilə yarandı.

İndi isə Ukrayna məsələsi ilə bağlı amerikalılarla danışıqlarımızda şəxsən inanıram ki, anlaşılmazlıqlar həll olunub”, – deyə Lavrov bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr