Zabrat seldən sonra - Məktəblilər ƏZİYYƏT çəkir
Ajans.az xəbər verir ki, səhər saatlarında məktəbə getməyə çalışan uşaqlar yolda ciddi çətinliklərlə üzləşiblər. Su ilə dolu küçələrdən keçmək mümkün olmadığı üçün məktəblilər acınacaqlı mənzərə ilə qarşılaşıblar. Sakinlər bildirirlər ki, hər yağışda eyni vəziyyət təkrarlanır və xüsusilə məktəbə gedən uşaqlar üçün təhlükə yaranır.