AZ

Əhali artımı mənzil qiymətlərinin yüksəlməsi və informal məhəllələrin yaranması ilə nəticələnə bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“2050-ci ilə qədər Azərbaycanda şəhər əhalisi 6,7 milyon nəfərə çatacaq”. “APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib. Qeyd edilib ki, Azərbaycanda şəhər əhalisinin sayı artmaqda davam edəcək. Belə ki, 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksəlib, 2050-ci ildə isə 6,68 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu, 2000–2025-ci illər üzrə orta illik artım tempinin 0,1% təşkil etdiyini göstərir. Şəhər əhalisinin xüsusi çəkisi isə 2000-ci ildə 51,1% olduğu halda 2025-ci ildə 58,6%-ə yüksəlib. Proqnoza əsasən 2050-ci ilə qədər Azərbaycanda əhalinin təxminən 60%-i şəhərlərdə yaşayacaq.Azərbaycandakı şəhərlər proqnozda qeyd olunan səviyyədə əhaliyə sahib olmalıdırmı?Şəhərlərin bu ölçüdə əhali yükünü qaldırmağa ehtiyac resursları kifayət edirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhali artımı mənzil qiymətlərinin yüksəlməsi ilə nəticələnə bilər.

Akif Nəsirli

“Şəhərlərin bu qədər əhali yükünü qaldırması əsasən infrastruktura, mənzil təminatına, təbii resurslara və iqtisadi imkanlara bağlıdır. Yol, nəqliyyat, su və enerji təchizatı kimi infrastruktur imkanları hazırkı böyük şəhərlərdə müəyyən problemlər yarada bilər. Əhali artımı mənzil qiymətlərinin yüksəlməsi və informal məhəllələrin yaranması ilə nəticələnə bilər. Su və enerji ehtiyatlarının yetərliliyi də böyük şəhərlərdə limit faktorudur.

Texniki baxımdan 6,7 milyon nəfərlik şəhər əhalisi mümkündür, amma bu yalnız planlı şəhər inkişafı, resursların idarəsi və iqtisadi imkanların artırılması ilə reallaşa bilər. Hazırkı vəziyyətdə bəzi şəhərlər üçün bu yük çox ola bilər və urban problemlərin artmasına səbəb ola bilər”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr