AZ

Yaşar Gülər: Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətləri davam etdiririk

Ankara, 12 dekabr, AZƏRTAC

“Can Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində təhsil və təlim fəaliyyətlərini “Bir millət, iki dövlət, tək ordu” anlayışı çərçivəsində davam etdiririk. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı daha da dərinləşdiririk”. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məslisinin büdcə üzə komissiyasının iclasında səsləndirib.

Türkiyəli nazir Azərbaycanla Ermənistan arasında əldə olunan müsbət irəliləyişin Ankarada məmnunluqla izlənildiyini də qeyd edib.

“Ankara bu prosesin davamlı olması istiqamətindəki səyləri dəstəkliyir. Bütün region ölkələri sabitlik və rifaha töhvə verəcək nəticələrin əldə olunmasına çalışır. Bu məsələdə hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə Y. Gülər vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
27
1
azertag.az

2Mənbələr