ABŞ prezidentinin administrasiyası bildirir ki, onun real hərəkətə ehtiyacı var.
QHT.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, prezident Donald Tramp həm Rusiya, həm də Ukraynadan son dərəcə məyusdur və artıq nəticəsiz görüşlərdə iştirak etmək istəmir. Onun sözlərinə görə, dekabrın 13-nə planlaşdırılan Ukrayna–ABŞ görüşü yalnız Vaşinqton real sülh sazişi perspektivi görərsə keçiriləcək. Levit qeyd edib ki, Tramp danışmaq yox, konkret addımlar görmək istəyir. Zelenskinin açıqlamasına görə, Tramp administrasiyası Ukrayna qüvvələrinin Donetsk bölgəsindən çıxmasını nəzərdə tutan "kompromis" təklif edib, lakin bu zonaya kimin nəzarət edəcəyi hələ aydın deyil. Ukrayna isə Donbasın təslim edilməsini qəti şəkildə rədd edir və danışıqlar fərqli formatda davam edir.
R.İmanov