AZ

Ərdoğan Aşqabadda Berdiməhəmmədovla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada gedib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Prezident Ərdoğanı Aşqabad Beynəlxalq Hava Limanında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammedhan Çakıyev, Türkiyənin Aşqabad səfiri Ahmet Demirok və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan səfər çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşün detalları barədə hələ ki məlumat verilmir.

Qeyd edək ki, Türkiyə liderini səfərdə birinci xanım Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edir.

Seçilən
72
konkret.az

1Mənbələr