AZ

“Barselona” italiyalı hücumçu ilə güclənir

“Fiorentina”nın hücumçusu Moyze Kin qış transfer pəncərəsi üçün “Barselona”ya təklif olunub.

İdmanxeber.az xəbər verir ki, katalonlar hücum xəttində rotasiyanı gücləndirmək üçün yeni seçimlər axtarır. İtalyan forvard icarə və ya satınalma opsionu ilə gündəmdədir.

Moyze Kin “Fiorentina” ilə 61 oyunda 27 qol vurub və Hansi Flikin oyun üslubuna uyğun futbolçu sayılır.

25 yaşlı hücumçunun bazar dəyəri isə 50 milyon avro qiymətləndirilir.

Seçilən
11
idmanxeber.az

1Mənbələr