AZ

NBA-da ən çox pul alan BAŞ MƏŞQÇİLƏR

Bu mövsüm Milli Basketbol Assosiasiyasında ən çox maaş alan baş məşqçi Stiv Kerrdir.

Bizim.Media “Sportico”ya istinadən xəbər verir ki, “Qolden Steyt Uorriorz”un baş məşqçisini maaşı 17,5 milyon dollardır.

“Mayami Hit”in baş məşqçisi Erik Spoelstra ikinci yerdədir, “Los Anceles Klippers” komandasından Tayron Lü isə ilk üçlüyü tamamlayır.

“Sportico”ya görə, MBA-nın ən çox qazanan 10 baş məşqçisi:

1. Stiv Kerr (Qolden Steyt Uorriorz) — 17,5 milyon dollar

2. Erik Spolstra (Mayami Hit) — 15 milyon dollar

3. Tayronn Lu (Los Anceles Klippers) — 15 milyon dollar

4. Dok Rivers (Miluoki Baks) — 11 milyon dollar

5. İme Udoka (Hyuston Rokets) — 11 milyon dollar

6. Co Mazzulla (Boston Seltiks) — 11 milyon dollar

7. Rik Karlayl (İndiana Peysers) — 11 milyon dollar

8. Mayk Braun (Nyu-York Niks) — 10 milyon dollar

9. Ceyson Kidd (Dallas Maveriks) — 9,5 milyon dollar

10. Ceyms Cey Redik (Los Anceles Leykers) — 9 milyon dollar

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
33
2
bizim.media

3Mənbələr