AZ

İranda hava çirkliliyi ildə 50 min nəfərin ölümünə səbəb olur

İranda hava çirkliliyi ildə 50 min nəfərin ölümünə səbəb olur

İranın Səhiyyə Naziri Məhəmməd Rza Zəfərkəndi bildirib ki, hava çirkliliyi hər il təxminən 50 min nəfərin ölümünə səbəb olur.

İranın rəsmi agentliyi IRNA-nın məlumatına görə, Zəfərkəndi universitet rektorları ilə görüşündə hava çirkliliyi ilə bağlı açıqlamalar verib.

O, səhiyyə sahəsindəki problemlərin böyük ölçüdə iqtisadi və sosial amillərlə bağlı olduğunu vurğulayıb: “Problemlərdən biri də hava çirkliliyi mövzusudur. Hər il 50 min insanın hava çirkliliyi səbəbindən həyatını itirdiyinə şahid oluruq. Eyni zamanda xəstəxanalara müraciətlər iki dəfə artıb”.

Zəfərkəndi universitetlərin səhiyyə ilə bağlı məsələlərə problem yönümlü yanaşmalı olduğunu bildirib: “Səhiyyə elmlərində irəliləyiş əldə etmək istəyiriksə, mütəxəssislər universitetlərə dəstək olmalıdır. Səhiyyə sahəsində böyük maliyyə imkanları mövcuddur”.

Seçilən
25
afn.az

1Mənbələr