Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
92 kq-dan yuxarı çəki dərəcəsində yarışan azərbaycanlı Məhəmməd Abdullayev Birləşmiş Ərəb Əmirliklərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalda rusiyalı David Surova uduzub.
İdman.Biz xəbər verir ki, dünya çempionatı 2-13 dekabr tarixlərində Beynəlxalq Boks Assosiasiyasının (IBA) himayəsi altında keçirilir.
Sözügedən çempionatda iştirak edən 11 azərbaycanlı boksçudan üçü - Sübhan Məmmədov (48 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) yarımfinala yüksəlmişdi.
Yarışda 120-dən çox ölkədən idmançılar iştirak edir.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.