AZ

Time jurnalı süni zəkanın memarlarını “İlin adamı” seçdi

Time jurnalı süni zəkanın memarlarını “İlin adamı” seçdi

ABŞ-da həftəlik nəşr olunan Time jurnalı bu il Nvidia-nın Baş İcraçı Direktoru (CEO) Jensen Huanqı, Meta-nın qurucusu və CEO-su Mark Zükerbergi, ABŞ-lı iş adamı Elon Mask da daxil olmaqla süni zəkanın memarlarını “İlin adamı” olaraq seçib.

Time jurnalının rəsmi saytında paylaşdığı məlumatlara görə, “İlin adamı” tək bir şəxsə aid edilməyib, bunun əvəzinə “süni zəkanın memarları” adı verilib.

Jurnalın paylaşdığı ön səhifə fotolarında süni zəka texnologiyalarının inkişafında qabaqcıl olmuş bir çox şəxs yer alıb.

1932-ci ildə Çarles Klayd Ebbets tərəfindən çəkilmiş məşhur “Lunch atop a Skyscraper” fotosundan ilhamlanan birinci ön səhifədə Zükerberq, Advanced Micro Devices (AMD) CEO-su Lisa Su, Mask, Huanq, OpenAI CEO-su Sam Altman, DeepMind Technologies şirkətinin CEO-su Demis Hassabis, Anthropic süni zəka şirkətinin CEO-su Dario Amodei və süni zəka sahəsində qabaqcıl işləri ilə süni zəkanın vaftiz anası kimi tanınan Fei-Fei Li yer alıb.

Ön səhifədə həmçinin “A” və “I” hərflərinin inşa edildiyi sahə göstərilərək süni zəkanın yaradılma prosesini simvolizə edən digər şəxslər də əks olunub.

Seçilən
105
afn.az

1Mənbələr