Bir neçə gündür yağan aramsız yağışlar Sumqayıtda da fəsadlar törədib.
Bildirilib ki, qəsəbədəki 9 saylı orta məktəbin qarşısındakı yolda “İsuzu” markalı marşrut avtobusu və yük avtomobili batıb.
Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Qeyd edək ki, Sumqayıtda yolların təmiri barədə informasiyalar verilsə də, demək olar ki, əksər hallarda yalnız mərkəzi yollar təmir olunur, gözdən uzaq məhəllə və mikrorayonların yolları təmir üzünə həsrət qalır, yoların təmiri ilə bağlı şəhər İcra hakimiyyətinə edilən şikayətlər də nəticəsiz qalır. Konkret olaraq bu yaxınlarda Sumqayıtda 11-ci mikrorayonun yolları ilə bağlı şəhər İcra hakimiyyətinə müraciət edilsə də, bu günədək heç bir tədbir görülməyib.