AZ

Trampa qarşı impiçment başlamaq təklifi rədd edilib

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

ABŞ Nümayəndələr Palatası konqresmen Al Qrinin prezident Donald Trampa qarşı impiçment proseduru başlatmaq təklifini rədd edib. Newscenter.az TASS-a isrtinadən bildirir ki, Qrinin 10 dekabrda ABŞ Konqresində təqdim etdiyi Trampa qarşı impiçment qətnaməsinin rədd edilməsi üçün 237 lehinə, 140 nəfər isə əleyhinə səs verib. 47 qanunverici isə bitərəf qalıb. Buna görə də sənəd nəzərdən keçirilmədi.Qrin Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə və zorakılığı təşviq etməkdə, nifrət yaratmaqda, demokratiyanı sarsıtmaqda və respublikanı məhv etməkdə günahlandırıb. Qrinin sözlərinə görə, Tramp federal hakimləri təhdid edir, məhkəmə sisteminin müstəqilliyini sarsıdır və onun siyasəti siyasi zorakılıq və hücum təhdidlərinin artmasına səbəb olur.Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
newscenter.az

2Mənbələr