“Fənərbaxça” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Brann”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaq komandanın futbolçusu Anderson Taliska üçün bu matç xüsusi əhəmiyyət daşıyıb.
Belə ki, qarşılaşmada het-trikə imza atan braziliyalı vinger “sarı-lacivərdlilər”in avrokuboklarda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, 31 yaşlı Taliska bu mövsüm “fənər”in heyətində meydana çıxdığı 23 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Messi Hindistandakı heykəlinin açılışında iştirak edəcək
ÇL: Həftənin oyunçusu bəlli olub
Vardi İtaliyada ən yaxşısı seçilib
Mərc oyunlarına görə saxlanıldı, klubu sözləşməsini ləğv etdi
Abubakarın paxıllığını çəkirmiş: Milliyə çağrılmama səbəbi