AZ

O'Melli Ağ Evdə Yanla döyüşmək istəyini ifadə edib

Yüngül çəkidə (61 kq-a qədər) keçmiş UFC çempionu, amerikalı Şon O'Melli Ağ Evdə keçirilən tədbirdə Rusiya çempionu Pyotr Yanla döyüşmək istəyini ifadə edib.

İdman.Biz-in məlumatına görə, bu barədə o, özünün podkastında bildirib.

“Mən ora gedəcəyəm, döyüşü Sonqla bitirəcəyəm və sonra Ağ Evdə Petrlə aramızda təkbətək döyüş gözlənilir. Sadəcə başa düşmürəm: UFC-də hansı döyüş yüngül çəki divizionunda olan döyüşdən daha gözəl və əhəmiyyətli ola bilər?!” - O'Melli deyib.

Pyotr və Şon arasında ilk döyüş 22 oktyabr 2022-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində UFC 280-də baş tutub. Döyüş hər üç raund davam edib və hakimlərin qərarına əsasən Yanın qələbəsi ilə başa çatıb.

Yan 32 yaşındadır. Rusiyalı döyüşçü 2014-cü ildə peşəkar qarışıq döyüşçü kimi debüt edib və 2018-ci ildən bəri UFC-də yarışır. Onun təşkilatdakı rekordu 12 qələbə və dörd məğlubiyyətdir.

İdman.Biz

Seçilən
38
1
idman.biz

2Mənbələr