AZ

Moskvaya uçan PUA məhv edilib

BAKI, 12 dekabr. TELEQRAF

Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Sobyanin "Telegram"da yazıb: “Müdafiə Nazirliyinin HƏM qüvvələri Moskva istiqamətinə uçan PUA-nı məhv edib.”

Onun sözlərinə görə, dronun qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmətlər işləyir.

Bundan əvvəl Tula vilayətində PUA hücumu təhlükəsi elan olunub.

Həmçinin Soçi, Kaluga və Volqoqrad aeroportları müvəqqəti olaraq reysləri qəbul etmir.

Seçilən
22
teleqraf.com

1Mənbələr