BAKI, 12 dekabr. TELEQRAF
Moskva şəhər rəhbərliyi “Qazprom”a məxsus Ostafyevo aerodromunu rəsmi olaraq satın alıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, Moskva Şəhər Əmlak Departamenti ilə “Qazprom” ASC arasında aktivin satışına dair müqavilə imzalanıb. Razılaşmanın dəyəri 2,7 milyard rubl təşkil edir.
Xatırladaq ki, bundan əvvəl “Qazprom” şirkətinin 2025-ci ilin sonunadək “Qazprom neftxim Salavat” neft-kimya kompleksini “Rosexīm” holdinqinə satmağı planlaşdırdığı bildirilmişdi.